"Vaşinqton Ukraynaya maliyyə yardımı və silah göndərməyi dayandırmalıdır".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ Nümayəndələr Palatasının üzvü Marjori Teylor Qrin "X" sosial şəbəkəsində bildirib.

"Amerikanın oynamalı olduğu yeganə rol Ukraynadakı müharibəni dayandırmaq və sülh razılaşmasına vasitəçilik etməkdir", - paylaşımda qeyd olunub.

 

Gözəl Həşimova