Vaşinqton administrasiyası Ukraynaya artilleriya mərmiləri və idarə olunan raketlərdən ibarət yeni 300 milyon dollarlıq hərbi yardım paketi verəcək. 

İqtisadiyyat.az xəbər verir ki, bunu ABŞ-nin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan brifinqdə deyib.

"Bu gün ABŞ prezidenti Co Baydenin adından mən Ukraynanın bəzi təcili ehtiyaclarını qarşılamaq üçün 300 milyon dollarlıq silah və avadanlıq daxil olmaqla təcili hərbi yardım paketini elan edirəm", - o bildirib.

"Elan etdiyimiz bu təcili yardım paketinə HIMARS üçün artilleriya mərmiləri və GMLRS üçün sursatları əhatə edən böyük bir göndəriş daxildir", - Sallivan əlavə edib.