Birləşmiş Ştatlar İordan çayının qərb sahilində zorakılıq aktlarında iştirak etdiyi iddia edilən İsraildən üç fiziki və iki quruma qarşı sanksiyalar tətbiq edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

Sənəddən məlum olur ki, İsrail vətəndaşları Neria Ben-Pazi, Zvi Bar-Yosef və Moşe Şarvit və Bar-Yosef və Şarvitlə əlaqəli iki ferma Amerika administrasiyası tərəfindən məhdudiyyətlərə məruz qalıb. Dövlət Departamenti vurğulayıb ki, tədbirlər ABŞ prezidenti Co Baydenin İordan çayının qərb sahilində zorakılıq aktlarında iştirak edən yəhudi köçkünlərə qarşı sanksiyaların tətbiqinə icazə verən fərmanına uyğun olaraq həyata keçirilib.

Sənəddə deyilir: "Bu gün elan edilən tədbirlər Qərb Sahilində dinc sakinlər üçün sülh, təhlükəsizlik və sabitliyin təmin edilməsi və bu zorakı hərəkətlərdə iştirak edən şəxslər və şirkətlərin məsuliyyətə cəlb edilməsi öhdəliyimizi bir daha təsdiqləmək üçündür".