Britaniyadakı ABŞ səfirliyinə naməlum zərf göndərilib.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı səfirliyin işçiləri Tvitterdə paylaşım ediblər. Əvvəlcə işçilərə binanın pəncərələrindən uzaq durmaq tövsiyyə olunub. Ardınca işçilər təxliyə ediliblər.

Binada təhlükəsizlik tədbirləri gücləndirilib.