ABŞ-də keçirilən son sorğuda hər 5 seçicidən 4-ü bildirib ki, prezident Co Bayden ikinci dəfə lider olmaq üçün çox yaşlıdır.

Bu barədə İqtisadiyyat.az "ABC News"ə istinadən xəbər verir.

Aparılan sorğuda iştirakçıların 86%-i 81 yaşlı Baydeni ikinci müddətə prezident olmaq üçün çox yaşlı hesab etdiklərini bildiriblər.

Eyni sorğuya görə, ABŞ seçicilərinin əksəriyyəti (44%) keçmiş prezident Donald Trampın ölkə sərhədlərini Baydendən daha yaxşı qoruyacağına inanırlar.

 

Gözəl Həşimova