"Martın 1-dən etibarən Rusiyada hasil edilən almazların bəzi kateqoriyaları, hətta üçüncü ölkələrdə əhəmiyyətli dərəcədə emal edilmiş olsa belə, onların ABŞ-yə idxalına qadağa qoyulacaq".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) bildirir.

ABŞ-nin qadağası Rusiya Federasiyasından çıxarılan və ya ixrac edilən sənaye almazlarına, almaz zərgərlik məmulatlarına və keyfiyyətsiz almazlara da şamil edilir.

Bu arada, OFAC, neftin barrelini 60 dollardan yuxarı qiymətə nəql etdiyi iddia edilən NS Liderinə və BƏƏ və Liberiyada qeydiyyatdan keçmiş neftin bir barelini 80 dollara satan beş şirkətə qarşı sanksiyalar tətbiq edib.