ABŞ federal hökumətinin büdcə kəsiri 2023-cü maliyyə ilində keçən illə müqayisədə 23 faiz artaraq 1,7 trilyon dollara çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi sentyabr və 2023-cü maliyyə ili üçün büdcə balansı hesabatını dərc edib.

Hesabata görə, 1 oktyabr 2022-ci ildə başlayan və 30 sentyabr 2023-cü ildə sona çatan 2023 maliyyə ilinin son ayında federal hökumətin büdcə açığı 171 milyard dollar olaraq hesablanıb.

Federal hökumətin keçən ilin eyni ayında 430 milyard dollarlıq büdcə kəsiri var idi. Belə ki, sentyabrda büdcə kəsiri ötən ilin eyni ayı ilə müqayisədə 60 faiz azalıb.

Sentyabrda hökumətin gəlirləri əvvəlki ilin eyni ayına nisbətən 4,2 faiz azalaraq 467,5 milyard dollar, xərcləri isə 30,4 faiz azalaraq 638,5 milyard dollar olub.