Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət borcu ilk dəfə olaraq 33 trilyon dolları ötüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, bu ilin yanvarın 19-da ABŞ 31,4 trilyon dollarlıq borc həddinə çatıb. Buna görə də ABŞ Maliyyə Nazirliyi limiti aşmamaq və mümkün defoltun qarşısını almaq üçün fövqəladə tədbirlər görməyə başlayıb.

Borc limiti ilə bağlı uzun danışıqlardan sonra Konqresdə razılıq əldə olunub və ABŞ prezidenti Co Bayden iyun ayında borc limitini artırmaqla ölkənin defolt vəziyyətinə düşməsinin qarşısını alacaq qanun layihəsini imzalayıb.

 

Gözəl Həşimova