ABŞ Konqresində naməlum uçan obyekt (UFO) və naməlum hava fenomeni (UAP) kimi tanınan təyyarələr haqqında məlumatların gizlədildiyi iddia olunub.

İqtisadiyyat.az xarici mediaya istinadən bildirir ki, bu barədə ABŞ-da 14 il kəşfiyyatçı olaraq çalışan David Grusch məlumat verib.

Bu ilin əvvəlinə qədər UAP-ları araşdıran Pentaqonun işçi qrupunun nümayəndəsi olduğunu qeyd edən Qruş qeyd edib ki, hökumət illərdir naməlum hallarla bağlı toplama proqramı həyata keçirir. Belə ki, UAP-lardan insanlara aid olmayan üzvi canlı komponentlərin çıxdığını iddia edib.

Qeyd edək ki, ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) UFO kimi tanınan naməlum hava hadisələrini öyrənmək üçün xüsusi komissiya yaradıb. 

Bundan başqa, Pentaqonun 2023-cü ilin yanvar ayında dərc etdiyi "2022 UAP" hesabatında  müxtəlif qurumlar və ABŞ cəmi 510 UFO hadisəsinin təsnif edildiyi ifadə edib.

Gülşən Şərif

İqtisadiyyat.az