ABŞ Senatı Nümayəndələr Palatasının ardınca hökumətin müvəqqəti maliyyələşdirilməsi haqqında qanun layihəsini qəbul edib.

İqtisadiyyat.az "CNN"ə istinadən xəbər verir ki, sənəddə Ukrayna və İsrailə yardım göstərilmir.

Bununla da Konqres 17 noyabrda baş verə biləcək hökumətin bağlanmasının qarşısını alıb.

Senatda sənədi 87 nəfər dəstəkləyib, 11 nəfər əleyhinə çıxıb. Bildirilib ki, prezident Co Baydenin qanun layihəsini imzalaması gözlənilir .

Məlumata görə, Ukrayna, İsrail, Tayvana yardımın maliyyələşdirilməsi və ABŞ-nin cənub sərhədinin möhkəmləndirilməsi məsələləri ayrıca nəzərdən keçirilir. Ağ Ev bu məqsədlər üçün 106 milyard dollar ayırmağı təklif edib.

 

Gözəl Həşimova