Birləşmiş Ştatlar Rəfah şəhərində əməliyyatı planlaşdırmaq üçün İsrail tərəfindən hələlik adekvat addımlar görmür, həmçinin fələstinli mülki əhalinin ehtiyaclarını nəzərə almadan bunu dəstəkləmir.

İqtisadiyyat.az xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəis müavini Vedant Patel brifinqdə deyib.

"Biz hələ belə bir əməliyyat üçün ciddi planlaşdırmanın sübutunu görməmişik. 1 milyon insanın olduğu bir ərazidə ciddi planlama olmadan belə bir əməliyyat keçirmək fəlakət olardı", - diplomat qeyd edib.

Dövlət Departamentinin sözçüsü əlavə edib ki, İsrail bu insanların ehtiyaclarını nəzərə almalıdır.