ABŞ hakimiyyəti HƏMAS yaraqlılarının hücumu şəraitində İsrailə qarşı ikinci və ya üçüncü cəbhənin açılmasına imkan verməyəcək. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsraildə səfərdə olan ABŞ dövlət katibi Antoni Blinken Təl-Əvivdə keçirdiyi mətbuat konfransında bildirib.

Belə ki, ondan Livanın “Hizbullah” qruplaşmasının şimaldan İsrailə hücumu və ikinci cəbhə açması halında ABŞ-nin zərurət yaranarsa, bölgədə hərbi varlığını yerləşdirib-yerləşdirməyəcəyi soruşulub. Blinken cavabında deyib: "İkinci cəbhəyə gəlincə, artıq dediyim kimi, biz və İsrail qəti şəkildə əminik ki, nə ikinci, nə də üçüncü cəbhə olmayacaq. Biz regiondakı digər tərəfdaşlarla birlikdə bunun baş verməməsini təmin etmək üçün hər cür səy göstəririk".