"ABŞ oktyabrın 7-də Fələstin-İsrail münaqişəsinin gərginləşməsindən bəri İsrailə ağ fosforlu sursat ötürməyib, lakin onun istifadəsi ilə bağlı xəbərləri araşdırır".

İqtisadiyyat.az xəbər verir ki, bunu Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

Qeyd edək ki, bazar ertəsi səhər saatlarında "Washington Post" İsrailin oktyabrda Livana hücumları zamanı ABŞ tərəfindən təchiz edilmiş ağ fosforlu sursatlardan istifadə etdiyini və ən azı 9 mülki vətəndaşın yaraladığını bildirmişdi.

"Biz bunu araşdırırıq, şübhəsiz ki, israilli tərəfdaşlarımızdan bu hesabatlar haqqında soruşaraq, məlumatın etibarlı olub olmadığını və ağ fosforun necə istifadə edildiyini, istifadə edilib-edilmədiyini öyrənmək istəyirik. Mən sizə açıq şəkildə deyə bilərəm ki, 7 oktyabrdan bəri İsrailə ağ fosforlu sursat verməmişik", - Kirbi CNN-ə bildirib.