ABŞ-ın vitse-prezidenti Kamala Harris Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) təhlükəsizliyini dəstəkləməyə sadiq olduqlarını açıqlayıb.


İqtisadiyyat.az BƏƏ rəsmi agentliyinə istinadən xəbər verir ki, BƏƏ prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan və ABŞ vitse-prezidenti Harris Yəməndə husilərin BƏƏ-nin bəzi mülki məntəqələrinə qarşı həyata keçirdiyi hücumların birinci ildönümü münasibətilə telefonla danışıblar.

Görüş zamanı Harris ABŞ-ın iki ölkə arasında təhlükəsizlik tərəfdaşlığı, tarixi müttəfiqlik və dostluq münasibətləri çərçivəsində BƏƏ-nin təhlükəsizliyini dəstəkləmək öhdəliyini təkrarlayıb.

Harris və Əl Nahyan Vaşinqton və Əbu-Dabi arasında strateji əlaqələri gücləndirmək, regional və beynəlxalq hadisələrlə bağlı fikir mübadiləsi aparmaq üçün birgə istəklərini ifadə ediblər.

Müxtəlif sahələrdə ikitərəfli münasibətlərin yaxşılaşdırılması yollarını müzakirə edən Harris və Əl Nahyan, eyni zamanda, ortaq əhəmiyyət kəsb edən regional və beynəlxalq məsələləri, xüsusilə Körfəz və Yaxın Şərqdəki hadisələri müzakirə ediblər.

Harris həmçinin 30 noyabr-12 dekabr tarixlərində Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə 28-ci “COP28” konfransına ev sahibliyi etdiyi üçün BƏƏ-yə təşəkkür edib.