ABŞ-ın xam neft ehtiyatlarının azalması fonunda qiymətlər ucuzlaşıb.

İqtisadiyyat.az xəbər verir ki, "Brent" markalı neftin avqust müqaviləsində bir barelinin qiyməti 29 sent və ya 0,4% ucuzlaşaraq 73,85 ABŞ dollarına enib.

WTI markalı neftin iyul müqaviləsində bir barelinin dəyəri isə 35 sent və ya 0,5% azalaraq 69,16 ABŞ dolları olub.