Çin əsaslı sosial media tətbiqi TikTok ABŞ-ın İndiana, Nyu-Cersi və Ohayo ştatlarında qadağan edilib.


İqtisadiyyat.az xəbər verir ki, Nyu Cersi ştatının qubernatoru Fil Merfi Çinin ByteDance şirkətinin TikTok tətbiqinə rəsmi qurumlara məxsus cihazlardan daxil olmağın qadağan edildiyini açıqlayıb.

"Çin hökumətinin ByteDance-dən tələb edə biləcəyi istifadəçi məlumatları ilə bağlı milli təhlükəsizlik narahatlıqları var" - ,  deyə Murphy ofisi açıqlamasında bildirib.


Ohayo qubernatoru Mike DeWine də yerli və milli kibertəhlükəsizlik təhdidlərinin platforma istifadəçilərinin məlumatlarının cihazlarda saxlanması ilə yaradıldığını müdafiə edib.

İndiana Texnologiya Departamentinin sözçüsü Qreq Lubsen mətbuata verdiyi açıqlamada qadağanın səbəbini açıqlayıb. 

Lubsen dövlət sistemlərinin daim yoxlanıldığını və dövlətə məxsus cihazlarda TikTok-un bloklandığını bildirib.


İndiana ştatının baş prokurorluğu da dekabrın 7-də istifadəçiləri qeyri-adekvat məzmun və istifadəçi məlumatlarının təhlükəsizlik problemləri ilə bağlı çaşdırdığına görə TikTok-u məhkəməyə verib.