Husi üsyançıları Qırmızı dənizə doğru üç gəmi əleyhinə ballistik raket atıb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə cümə günü ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb.

"Martın 15-də, Səna vaxtı ilə təxminən saat 20:30-dan 22:50-dək İranın dəstəklədiyi Husi üsyançıları Yəmənin nəzarətində olan ərazilərdən Qırmızı dənizə doğru üç gəmi əleyhinə ballistik raket atıblar", - komandanlığın "X"də yayımlanan bəyanatında deyilir.

Eyni zamanda, komandanlıq Husilərin son hücumu nəticəsində nə ABŞ qüvvələrinə, nə də ticarət gəmilərinə ziyan dəydiyini vurğulayıb.