ABŞ-də federal hökuməti maliyyələşdirəcək büdcə qanun layihəsinin hələ də qüvvəyə minməməsi Nümayəndələr Palatasında gərginliyə səbəb olub. Qanun qüvvəyə minmədiyi üçün hökumət sabahdan etibarən bağlana bilər.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, hökumətin bağlanmasına səbəb Konqresdəki gərginlikdir.

Son on ildə hökümətin dördüncü dəfə bağlanması ölkədəki hər şeyə əhəmiyyətli dərəcədə təsir göstərə bilər. Hökumət işçilərinin əksəriyyəti məzuniyyətə buraxılacaq və əməliyyatlar dayandırılacaq.

Məlumata görə, Konqres hələ də oktyabrın 1-də başlayacaq yeni maliyyə ilinin büdcəsi ilə bağlı konsensus əldə etməyib.

 

Gözəl Həşimova