"ABŞ HƏMAS hərəkatının rəhbərliyinin Qəzza zolağında yerləşdiyinə inanmaqda davam edir". 

İqtisadiyyat.az xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller brifinqdə deyib.

"Bizim qiymətləndirməmizə görə, İsrailə hücumlar planlaşdıran və bəzi hallarda həyata keçirən HƏMAS liderləri Qəzza zolağında qalırlar", - diplomat bildirib. Miller heç bir təfərrüat verməyib.

Qeyd edək ki, dekabrın 7-də ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisinin baş müavini Conatan Fayner bildirib ki, Birləşmiş Ştatlar HƏMAS rəhbərliyinin Qəzza zolağının cənubunda gizləndiyinə inanır.