ABŞ-ın energetika naziri Cennifer Qranholm, qeyri-məhdud və təmiz birləşmə enerjisinin inkişafı üçün böyük elmi sıçrayış əldə etdiklərini açıqlayıb.


İqtisadiyyat.az xəbər verir ki, Qranholm Kaliforniyadakı Lourens Livermor Milli Laboratoriyasının alimləri tərəfindən sintez enerjisinin kəşfi ilə bağlı mətbuat konfransı keçirib.

Milli Alovlanma Müəssisəsindəki elm adamlarının füzyon alovlanmasında müvəffəq olduğunu ifadə edən Granholm, bunun qaynaşma reaksiyalarından prosesin başlaması üçün istifadə olunan enerjidən daha çox enerji yaratdığını ifadə edib.

Sözügedən təcrübənin ilk dəfə dünyanın hər yerində bir laboratoriyada edildiyini vurğulayan Qranholm, "Bu, 21-ci əsrin ən təsir edici elmi nailiyyətlərindən biridir", - deyərək, qiymətləndirməsini edib.

Tədqiqatçıların 60 ildən artıqdır bunun üzərində çalışdığını izah edən Qranholm, bu elmi nailiyyətin təhlükəsiz, və effektiv nüvə qarşısının alınması üçün yeni bir sahə açaraq milli təhlükəsizliyi gücləndirdiyini bildirib.