ABŞ-nin Nevada ştatında qaraciyər xəstəliyindən əziyyət çəkən 5 nəfər qablaşdırılmış su satan şirkətlə bağlı məhkəməyə şikayət edib.

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, “Clark County” məhkəməsi "Affinitylifestyles.com" saytında satışa çıxarılan "Real Water" markalı qələvi suyun qaraciyər xəstəliklərinə səbəb olması iddiası ilə bağlı qərar verib.

Suyun analizində raket yanacağında istifadə edilən kimyəvi hidrazinin tapıldığını açıqlayan məhkəmə, şirkətə 30 milyon dolları maddi, 100 milyon dolları isə mənəvi olmaqla cəmi 130 milyon dollar təzminat cəzası verib.