ABŞ-də evsizlərin sayı ötən il rekord həddə - 650 min nəfərə çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin Mənzil və Şəhərsalma Nazirliyinin məlumatında deyilir.

Məlumata görə, bu göstərici 2021-ci illə müqayisədə 12 % artıb.

ABŞ-də evsizlərin 40% afro-amerikalı, dörddə biri isə qocalardır. Sığınacaqlarda, küçələrdə, çadırlarda və ya avtomobillərdə yaşayan insanların sayının artmasının səbəbi əsasən mənzil kirayələrinin artması ilə bağlıdır. Evsizlər arasında son illərdə ABŞ-yə gələn çoxlu sayda miqrant da var.

 

Gözəl Həşimova