ABŞ-nin Alabama ştatının Jasper şəhərində naməlum şəxslər 60 metrlik radioqülləni oğurlayıblar.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.

Bildirilib ki, oğrular bərkitmə naqillərini kəsərək qülləni sökməyə, avadanlıqları binadan çıxarmağa müvəffəq olublar. Radiostansiya qısa müddətə yayımı bərpa etməyin yollarını axtarır.

Faktla bağlı cinayət işi başlanılıb.