ABŞ-də bu həftə neft qazma qurğularının sayı 1 ədəd artıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə neft sahəsi xidmətləri şirkəti "Baker Hughes" tərəfindən dərc edilən həftəlik məlumatlarda qeyd edilib. 

Məlumata görə, ölkədə neft qazma qurğularının sayı 14-20 oktyabr həftəsində əvvəlki həftə ilə müqayisədə 1 ədəd artaraq 502-yə çatıb.

Qeyd edək ki, ötən il ABŞ-də neft qazma qurğularının sayı 110 ədəd azalıb.