ABŞ-də azərbaycanlı gənc intihar edib.

İqtisadiyyat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, həmyerlimiz Şahbaz Abdurrahmanov yaşadığı Viskonsin ştatının Störcen Bey şəhərində həyatına qəsd edib.

Bildirilib ki, Ş.Abdurrahmanovun nəşinin Azərbaycana göndərilməsi məqsədilə ABŞ-dəki səfirliyə və diaspor təşkilatlarına müraciət olunub.