ABŞ-da koronavirusa yoluxanların sayında rekord göstərici qeydə alınıb.

Bu barədə federal və yerli statistika, həmçinin başqa məlumatlar əsasında hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.

Belə ki, ölkədə virus daşıyıcılarının sayı 700 282 nəfərə çatıb.

COVID-19 infeksiyasından 36 822 nəfər dünyasını dəyişib, 58 587 pasiyent sağalıb.