ABŞ-da koronavirusdan ölənlərin sayı 22 861 nəfərə çatıb.

Bu barədə ölkədə federal və yerli məlumatların hesablamalarını aparan Cons Hopkins Universiteti bildirib.

Universitetin statistikasına görə, virusa yoluxanların sayı 560 891 nəfəri ötüb. Qeyd edək ki, Birləşmiş Ştatlar hər iki göstərici üzrə dünyada birinci yerdədir.

Bu halda ABŞ-da artıq üç gündür virusdan ölüm faizi azalır. Əgər aprelin 10-da ölkədə virusdan 2 000-dən çox insan ölmüşdüsə, aprelin 12-də bu rəqəm 1 550 nəfər təşkil edib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 888 000-i ötüb. Bunların 438 176 nəfəri sağalıb, 117 585 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.(Report)