Fırtına səbəbindən ABŞ-da 730-dan çox aviareys təxirə salınıb.

İqtisadiyyat.az ABC News-a istinadən məlumat verir ki, ABŞ Federal Aviasiya agentliyi şimal-şərq ştatlarında və Atlanta, Denver, Florida hava limanlarında uçuş marşrutlarının dəyişdiriləcəyi barədə xəbərdarlıq edib.

“Con Kennedi” və Nyu-Yorkdakı “Newark Liberty” və “La Guardia” hava limanları uçuşların ləğvindən ən çox zərər görənlər siyahısındadır. “Con Kennedi” limanında gecikmələr 3 saatı keçib.