ABŞ-da koronavirus qurbanlarının sayı 31 015 nəfər təşkil edir.

Bu barədə federal və yerli hakimiyyət orqanları, KİV və başqa mənbələrlə hesablamalar aparan Cons Hopkins Universiteti məlumat yayıb.

Qeyd edilir ki, ölkədə koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 640 minə çatıb, 52 739 min nəfər sağalıb.

Xatırladaq ki, koronavirus ilk dəfə ötən ilin dekabrında Çinin Uhan şəhərində aşkarlanıb. Hazırda COVID-19 infeksiyası 210 ölkədə və regionda qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.(Report)