ABŞ Şimali Koreyaya qarşı güc nümayişi üçün Cənubi Koreya və Yaponiya ilə birgə keçirdiyi təlimlərə uzaqmənzilli bombardmançı təyyarələr göndərib.

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, Jeju adasında keçirilən birgə təlim Şimali Koreyanın nüvə təhlükələrinə qarşı ölkələrin birgə reaksiyasını gücləndirmək məqsədi daşıyır.

Təlimdə ABŞ Hərbi Hava Qüvvələrinə məxsus B-1B bombardmançıları, F-16 döyüş təyyarələri, Cənubi Koreya Hərbi Hava Qüvvələrinə məxsus F-15K döyüş təyyarələri və Yaponiya Hərbi Hava Qüvvələrinə məxsus F-2 döyüş təyyarələri iştirak edib.