ABŞ Maliyyə Nazirliyi cümə axşamı günü Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Liberiyada qeydiyyatdan keçmiş 3 şirkətə Rusiya neftinin qiymət həddini pozduğuna görə sanksiya tətbiq etdiyini açıqlayıb.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Amerikanın Səsi" məlumat yayıb.
Dövlət Departamentinin sözçüsü Metyu Miller cümə axşamı deyib: "Bugünkü hərəkət qiymət məhdudiyyətinin pozulmasının nəticələrinin olacağını nümayiş etdirir".
"Tərəfdaşlarımızla birlikdə biz Rusiyaya Ukraynaya qarşı qeyri-qanuni müharibəsini maliyyələşdirməyə kömək edən sanksiyalardan yayınmağa son qoymağa sadiqik", - Miller əlavə edib.