ABŞ-dən İsrailə hərbi yardım göndərilməsi yavaşlayıb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsrailin yüksək rütbəli məmuru ABC televiziyasına bildirib.

Onun sözlərinə görə, İsrail və HƏMAS arasında münaqişənin başlanğıcında ABŞ hərbi yardımı "çox tez" çatdırıb, lakin zaman keçdikcə çatdırılmalar "çox yavaş" olub. O qeyd edib ki, bu, İsrailin Qəzza zolağında HƏMAS-ı məhv etməyə cəhd etdiyi bir vaxtda problemlər yaradır, İsrailə təzyiq edir.

Rəsmi gecikmələrin səbəblərini açıqlamayıb, lakin qeyd edib ki, İsrail ABŞ-nin münaqişədən məyus olmasından və Qəzza zolağına humanitar yardımın çatdırılmasında İsrail tərəfinin qeyri-kafi hərəkətindən xəbərdardır.

İsrail Müdafiə Qüvvələri mövzu ilə bağlı şərh verməkdən imtina edib.