Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak bildirib ki, Rusiya ilə əsir mübadiləsi çərçivəsində 64 Ukrayna əsgəri və bir ABŞ vətəndaşı azad edilib.


İqtisadiyyat.az xəbər verir ki, Yermak Twitter hesabından verdiyi açıqlamada, Ukrayna ilə Rusiya arasında əsir mübadiləsinin olduğunu bildirib.

Andriy Yermak: "Donetsk və Luqansk vilayətlərində döyüşən Ukrayna Silahlı Qüvvələrinin 64 əsgəri evlərinə gəlir. Xalqımıza yardım edən ABŞ vətəndaşı Murekez Süedi də azad etmək mümkün olub. Ölən 4 nəfərin də cəsədi qaytarılıb.", - deyə bildirib.

Qeyd edək ki, Dekabrın 6-da Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi nəticəsində 60 ukraynalı və 60 rus əsgəri qarşılıqlı olaraq azad edilib.