“İşsizin dostu” proqramı işğaldan azad edilmiş ərazilərimizdə də məşğulluğa dəstək göstərir.

Bu barədə İqtisadiyyat.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

DOST İş Mərkəzi tərəfindən Zəngilanın Ağalı və Tərtərin Talış kəndlərində artıq 26 sakin bu proqram çərçivəsində haqqı ödənilən ictimai işlərlə təmin edilib. Onlar bərpa-tikinti, sosial, abadlıq və s. sahələrdə çalışırlar. Həmin şəxslərin hər biri ilə əmək müqaviləsi bağlanıb ki, bu da onların gələcək sosial təminat hüquqlarına əsas yaradır.

Qeyd olunan kəndlər üzrə daha 20-dən çox sakinin proqrama cəlb edilməsi işləri aparılır və iki kənd üzrə “İşsizin dostu” proqramı çərçivəsində işlə təmin edilənllərin sayı 50-ə çatdırılacaq.