Dünən səhərə yaxın Kahramanmaraş və 10 şəhərdə ciddi dağıntılara səbəb olan zəlzələnin baş verməsindən bir sutkadan da çox vaxt keçsə də, hələ də dağıntılar altından sağ insanların çıxarılması ümidləri artırır.

Dağıntıların digər ünvanı Hatay bölgəsidir. Burada, Antakya rayonunun Odabaşı məhəlləsində yerlə yeksan olan binalardan birinin dağıntıları altından 30 yaşlı Hülya Yılmaz və onun 6 aylıq körpəsi Ayşə Yılmaz sağ çıxarılıb.

Onların, xüsusilə 6 aylıq körpənin dağıntılar altından 29 saat sonra sağ xilas edilməsi möcüzəyə bərabərdir. Ana və körpəsi dərhal xəstəxanaya çatdırılıb.