Maykl Felps 21-ci əsrin ən yaxşı idmançısı seçilib.

İqtisadiyyat.az xəbər verir ki, ESPN 2000-ci ildən bəri ən yaxşı 100 idmançının siyahısını tərtib edib. Səsvermə zamanı ekspertlərə 2000-ci il yanvarın 1-dən etibarən öz idman növləri üzrə ən yaxşı idmançıları seçmək təklif olunub (bu tarixə qədərki nailiyyətlər nəzərə alınmayıb). Sorğu iştirakçıları bir neçə turda adları çəkilən iki namizəddən ən güclüsünü seçiblər.

Səsvermə nəticəsində hər idman növü üzrə 10-25 nəfərdən ibarət siyahılar tərtib edilib və onlar ilk 100-lüyə daxil edilib. 4 gün ərzində ESPN sıralamanı izləyicilərinə təqdim edib. Yekunda isə 1-ci yerdən 25-ci yerə qədər olan cədvəl açıqlanıb.

1. Maykl Felps, üzgüçülük;

2. Serena Uilyams, tennis;

3. Lionel Messi, futbol;

4. Lebron Ceyms, basketbol;

5. Tom Bredi, Amerika futbolu;

6. Rocer Federer, tennis;

7. Simona Bayls, gimnastika;

8. Tayger Vuds, qolf;

9. Useyn Bolt, atletika;

10. Kobe Brayant, basketbol;

11. Novak Cokoviç, tennis;

12. Rafael Nadal, tennis;

13. Kriştianu Ronaldo, futbol;

14. Stiv Körri, basketbol;

15. Ketlin Ledekki, üzgüçülük;

16. Tim Dankan, basketbol;

17. Şakil O’Nil, basketbol;

18. Patrik Mahomes, Amerika futbolu;

19. Lyuis Hamilton, avtomobil yarışı;

20. Aaron Donald, Amerika futbolu;

21. Diana Taurasi, basketbol;

22. Sidni Krosbi, hokkey;

23. Kevin Qarnett, beysbol;

24. Albert Puyols, beysbol;

25. Floyd Meyvezer Jr., boks