2025-ci ildə Türkmənistanda Avstriya ticarət evinin açılması planlaşdırılır. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkmənistanın Xarici İşlər Naziri Rəşid Meredov ölkənin Nazirlər Kabinetinin iclası zamanı bildirib.

Meredov Türkmənistan nümayəndə heyətinin Avstriyaya martın 10-13-də baş tutan işgüzar səfərinin yekunları barədə məlumat verib. O, həmçinin Türkmənistan prezidenti Serdar Berdiməhəmmədova Türkmənistan-Avstriya İşgüzar Şurasının yaradılması, Türkmənistan-Avstriya İşçi Komissiyasının iyun ayında Vyanada 12-ci iclasının keçirilməsi, Avstriya nümayəndələrinin ölkəyə səfərinin təşkili ilə bağlı təkliflərini də baxılmaq üçün təqdim edib. 

Berdiməhəmmədov Türkmənistan və Avstriya arasında qarşılıqlı fəaliyyətin səmərəli xarakterini qeyd edib və təqdim olunan təklifləri bəyənib, Meredova bu istiqamətdə sistemli işi davam etdirməyi tapşırıb.