İraqın şimalındakı sığınacaqlarından qaçan 2 PKK terrorçusu Türkiyənin Haburdakı sərhəd məntəqəsinə təslim olub.

İqtisadiyyat.az xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə Nazirliyi (MSB) bildirib.

Nazirlikdən verilən açıqlamada qeyd edilib: "Pence-Kilit" əməliyyatları ilə yuvasına girdiyimiz terror təşkilatı PKK-dan qaçışlar davam edir. İraqın şimalındakı sığınacaqlarından qaçan 2 PKK terrorçusu Haburdakı Sərhəd Mühafizə Məntəqəmizə təslim olub".