Xəbər verdiyimiz kimi, bu gün Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən (MİDA) Bakının Yeni Yasamal və Hövsan qəsəbələrində, eləcə də Gəncə şəhərində güzəştli satışa çıxarılan ümumilikdə 1 189 mənzilin seçim prosesi başlayıb.

İqtisadiyyat.az xəbər verir ki, seçim prosesi başlar-başlamaz satışa çıxarılan mənzillər bir çox vətəndaşlar üçün əlçatmaz olub. 

İnsanlar bu barədə sosial şəbəkə platformalarında paylaşımlar ediblər.

Narazılıq mənzillərin bu dəfə də qısa zaman ərzində satılması ilə bağlı olub. Bəziləri isə satış sisteminin donduğunu, digərləri axtarışları üzrə nəticələrlə qarşılaşmadıqlarından narazı qalıb. 

Bununla yanaşı, mənzil udanların da paylaşımlarına rast gəldik. 

MİDA-nın yaxın dəqiqələrdə yarışla bağlı açıqlama verəcəyi gözlənilir.