Türkiyənin Hatay vilayətində zəlzələdən 102 saat sonra dağıntılar altından 6 nəfər sağ çıxarılıb.

İqtisadiyyat.az türk mediasına istinadən xəbər verir ki, onlar xəstəxanaya aparılıblar. 

Həmin ərazidə dağıntılar altında başqa insanların olduğu və axtarışların davam etdiyi qeyd edilib.