Infiniti şirkəti növbəti nəsil QX60 krossoverinin variator əvəzinə avtomatik transmissiya ilə təchiz ediləcəyini bəyan edib.

Infiniti QX60 modelinin dizaynı dəyişdirilmiş və genişləndirilmiş avadanlığa malik olan Pathfinder modelinin olduğunu nəzərə alsaq,belə dəyişikliyin baş verəcəyi gözlənilən idi. Artıq bildiyimiz kimi, bu günlərdə təqdim edilmiş yeni nəsil Nissan Pathfinder modeli də variatorla sağollaşıb.