Bu ilk dəfə olaraq bütün Azərbaycan torpaqlarında, o cümlədən işğaldan azad olunmuş Qarabağda parlament seçkiləri keçirilir.

İqtisadiyyat.az xəbər verir ki, bunu növbədənkənar parlament seçkilərində 7 saylı Səbail seçki dairəsinin 2 saylı məntəqəsində səs verən baş nazir Əli Əsədov jurnalistlərə açıqlamasında deyib. O bunu tarixi hadisə kimi qiymətləndirib.

Baş nazir, həmçinin namizədlərə uğurlar arzulayıb:

"Dövlətin idarə olunmasında parlamentin xüsusi rolu var. Layiqli, xalqın etimadını qazanan namizədlərin seçiləcəyinə ümid edirəm".