Milli Məclisə növbədənkənar seçkilər çərçivəsində Şuşa şəhərində səsvermə seçici fəallığı şəraitində davam edir.

“Seçki 2024” Müstəqil Media Mərkəzi xəbər verir ki, 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsi üzrə Şuşa şəhəri 1 nömrəli tam orta məktəbdə yerləşən 46 saylı məntəqədə səsvermə nəzərdə tutulan vaxtda başlayıb.

Qeyd edilir ki, Şuşa şəhərində seçicilərin səsvermədə fəal iştirakı müşahidə olunur.

Qeyd edək ki, seçkilər ölkə üzrə 125 seçki dairəsinin ərazisində formalaşdırılmış 6 min 478 seçki məntəqəsində keçirilir. Onlardan 54-ü işğaldan azad edilmiş ərazilərdə formalaşdırılıb.

Seçki məntəqələri saat 8:00-da açılıb. Səsvermə 19:00-a qədər davam edəcək.

Parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparır. Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir.