Böyük Britaniyada xüsusi seriyadan olan Jaguar F-Type Reims Edition modelinin satışlarına başlanıb.

Xüsusi seriyadan olan avtomobilin adı və rəngi, 1954-cü ilin Jaguar D-Type modelinin, Fransanın Reyms Qu trekində keçirilmiş 12 saatlıq marafonda əldə etdiyi uğuru xatırlatmalıdır.

P300 kupesinin qiyməti 58.950(137 min 135 manat) , P450 modifikasiyasının isə 71.450 funt sterlinq (166 min, 214 manat) təşkil edəcək.