Dünən növbəti nəsil Hyundai Tucson krossoverinin videotizerlərinin dərc edilməsinə baxmayaraq, Cənubi Koreya istehsalçısı yeni avtomobilə olan marağın səngiməsini istəmir.

Bu dəfə Hyundai şirkəti yeni krossoverin final sınaqları haqqında məlumat verib. Artıq sınaqları tamamlayan Tucson modeli seriya istehsalına tam hazır vəziyyətdədir.

Avtomobil kamuflyaj örtüyünü tamamilə atmasa da, ön tərəfin dizaynını artıq görmək olar. Bununla birlikdə, yeni Hyundai Tucson rəsmi təqdimatını çox gözləmək lazım gəlməyəcək: krossoverinin debütü 15 sentyabr tarixində baş tutmalıdır.