Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Proqramlaşdırma şöbəsi / Mütəxəssis (Terrasoft Creatio / BPM online) platforması üzrə tərtibatçı) - Developer” vakansiyasını elan edirik.
Siz elektron poçtun “mövzu” yerinə “Developer” qeyd etməklə öz CV-lərinizi hr@yelo.az ünvanına göndərə bilərlər.

Proqramlaşdırma Departamenti Proqramlaşdırma şöbəsi / Mütəxəssis (Terrasoft Creatio / BPM online) platforması üzrə tərtibatçı) - Developer

Vəzifə öhdəlikləri:

• Tərtibatçı olaraq Terrasoft Creatio (bpm'online) platformasının inkişafında iştirak;
• CRM sisteminin yeni modullarının işlənməsi və mövcudların yenidən işlənməsi;
• Sistem rəhbərliyi, o cümlədən: istifadəçilərin qurulması, məlumatların izlənməsi və düzəldilməsi, məhsul versiyalarının uyğunluğuna nəzarət;
• Sistem istifadəçiləri üçün texniki dəstək;
• Həll edilmiş məsələlər üçün dəstək;
• Sistem analitiki ilə qarşılıqlı əlaqə;
• Sistem interfeyslərini şirkətin biznes-bölmələrinin tələblərinə uyğunlaşdırmaq və yeniləmək;
• Sistemdə yeni funksiyaların, bölmələrin, arayış kitabçalarının, çap formalarının yenidən işlənib yekunlaşdırılması.

Tələblər:

• Bankın dəyərlərinə uyğun işlərin təşkili;
• Terrasoft Creatio / BPM'online platforması üzrə bilik və iş təcrübəsi arzuolunandır;
• C# dili üzrə dərin biliklər;
• JavaScript, HTML, CSS, SQL üzrə biliklər;
• Sistemlər arasındakı inteqrasiyanı dizayn və inkişaf etdirmə üzrə iş təcrübəsi;
• Fərqli kodları anlama bacarığı;
• Mürəkkəb problemləri həll etmək və nəticə əldə etmək istəyi və bacarığı;
• Proqram təminatı və proqram həllərinin tətbiqi sahəsində inkişaf etmək istəyi;
• Bank işi haqqında bilik;
• Analitik düşüncə, komanda işləmə bacarığı, iş intizamı;
• Layihə tapşırıqlarının müstəqil həllində (back-end, front-end) iş təcrübəsi arzuolunandır.

Biz Sizə nə təklif edirik:

• Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
• Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
• Sınaq müddətini uğurla tamamladıqdan sonra Könüllü tibbi sığorta proqramına qoşulma;
• Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun işə qəbul və iş qrafiki.