Yaponiya Rusiyaya lüks avtomobillərin, motosikletlərin və spirtli içkilərin ixracını dayandırır.

Bu barədə Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye naziri Koiçi Haqiud məlumat verib.

Nazir qeyd edib ki, bundan əlavə, Rusiyaya Yaponiya xəzinin, zərgərlik, tütün və kosmetika məhsullarının ixracı da qadağan ediləcək.

Xatırladaq ki, Yaponiya Qərb dövlətlərinin Rusiyaya qarşı tətbiq etdiyi maliyyə sanksiyalarına da qoşulub