Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının Binəqədi rayonu, Baksol yolu 89 (Unity Company) ünvanında yerləşən ərazi partiya təşkilatının iclası keçirilib.

İclasda çıxış edən ərazi partiya təşkilatının üzvü, “Unity Company” şirkətinin direktoru Fikrət Əliyev gündəlikdə duran məsələ barədə üzvlərə məlumat verib. Bildirilib ki, gündəliyə əsasən ərazi partiya təşkilatının sədrinin və sədr müavininin seçilməsi müzakirə ediləcək və müvafiq qərarlar qəbul ediləcək. O, dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin rəhbərliyi ilə regionda və ölkəmizdə reallaşdırılan uğurlu iqtisadi, siyasi, sosial islahatlardandan bəhs edib. Rəhbərlik etdiyi şirkətin fəaliyyətindən danışaraq vətəndaşlarımıza göstərilən xidmətin səviyyəsinin günbəgün daha da artdığını vurğulanıb. Ərazi partiya təşkilatının üzvü kimi partiyanın fəaliyyətində yaxından iştirak etdiyini, ictimai proseslərdə bundan sonra da fəal iştirak edəcəyini diqqətə çatdırıb.

Ərazi partiya təşkilatının üzvü “Unity Company” şirkətinin meneceri Zərifə Arzumanova çıxış edərək partiyanın fəaliyyətindən və gənclər siyasətindən danışıb. Ölkəmizdə gənclərin inkişafı üçün atılan addımlardan bəhs etdi. Çıxışının sonunda ərazi partiya təşkilatının sədrliyinə Fikrət Əliyevin namizədliyini irəli sürüb. Təklif səsə qoyularaq yekdilliklə qəbul edilib.

Fikrət Əliyev sədr müavini kimi Zərifə Arzumanovanın namizədliyini təklif edib. Təklif səsə qoyularaq yekdilliklə qəbul edilib. 

YAP Binəqədi rayon  təşkilatnın sədri Vüsar İsmayılov iclasda yekun nitq söyləyərək Yeni Azərbaycan Partiyasının yaranma zərurətindən, 1992-ci ildə ölkədəki ziddiyyətli ictimai-siyasi proseslərdən, Ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasından danışıb və partiyanın VII Qurultayında qəbul edilən qərarlar və struktur dəyişiklikləri barədə məlumat verib. Ölkəmizdə həyata keçirilən və müxtəlif sahələrin inkişafını təmin edən məqsədyönlü islahatlardan danışarkən  bildirdi ki, ölkəmizdə dövlət başçısı, partiyamızın sədri İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu inkişaf strategiyasına paralel olaraq partiyanın inkişafı məqsədilə mühüm islahatlar həyata keçirilir. Vüsar İsmayılov, həmçinin Vətən müharibəsində qazandığımız inamlı qələbədən, torpaqlarımızın işğaldan azad edilməsindən bəhs etdi. Ərazi partiya təşkilatının daha da uğurlu və səmərəli fəaliyyət göstərməsi, partiya üzvləri ilə əlaqələrin bundan sonra da yüksək səviyyədə qurulması üçün müvafiq tapşırıq və tövsiyyələrini verdi. Yeni seçilən sədr  və müavinini təbrik edərək, partiya üzvlərinə uğurlar arzu etdi.