“Forbes” jurnalının məlumatına əsasən, dünyanın ən varlı azərbaycanlısı hesab olunan “Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərov son 24 saat ərzində 160 milyon dollar qazanıb.

İqtisadiyyat.Az modern.az-a istinadən xəbər verir ki, “Lukoyl” şirkətinin səhmlərinin dünya birjalarında bahalaşması iş adamına iyunun 6-da 160,31 milyon dollar qazandırıb. Bunun sayəsində onun sərvəti 20,16 milyard dollara çatıb.

Vahid Ələkbərov ən zəngin azərbaycanlı olmaqla yanaşı, Rusiya zənginləri arasında da 3-cü pillədə qərarlaşıb.