Ukrayna diversant qrupu sərhəddə Rusiya ərazisindəki mülki şəxsləri atəşə tutub.

İqtisadiyyat.az rus mediasına istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib. Hücumun qarşısının alındığını deyən Putin əlavə edib ki, Rusiya bu cür hücumların qarşısını daim alaraq qələbə qazanacaq.

 Qeyd edək ki, bundan əvvəl Rusiya mediası Ukrayna diversant qrupunun Rusiya ərazisinə girdiyini, Bryanskda bir qruo diversantın girov götürüldüyünü yazıb. Ukrayna tərəfi isə yayılan xəbərləri yalan adlandırıb.